Bakı polisi axtarışda olan şəxsləri məsuliyyətə cəlb edib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Mahmud Abdullayev həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olub.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları da oxşar əməliyyat keçiriblər. əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Emil Səməndərov tutulub.
Hacı Zeynalov