3 Dekabr 2015 16:01
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Saray qəsəbə sakini Balağa Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Göyçay rayon sakini Elvin İsmayılovu vurub.

Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: