Siyəzən rayonunda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qozağacı kəndində elektrik xətlərini təmir etmək istəyən 1986-cı il təvəllüdlü kənd sakini Xanbutayev Hüseynağa Mansur oğlunu elektrik cərəyanı vurub.
O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.