Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Almaz Xocayev yaşadığı evdə özünü asaraq öldürüb.
Almaz Xocayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, intihar edən Almaz Xocayev Facebook sosial şəbəkəsində olan profilində status yazmasa da, xeyli fotosunu paylaşıb. Teleqraf.com mərhumun şəkillərini təqdim edir.
Hacı Zeynalov