8 Dekabr 2015 14:47
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd olub. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ömər Hüseynov Səbail rayonu ərazisindəki Milli parkda intihar məqsədi ilə özünü dənizə atıb.

O, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: