14 Dekabr 2015 12:29
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Ayaz Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Tovuz rayon sakini Amin Əliyevin “Opel Prontera” markalı avtomobili toqquşub.

Hadisə nəticəsində Ayaz Abbasovun avtomobilində olan 2013-cü il təvəllüdlü övladı Ramal Abbasov ölüb. Onun digər övladı, 2011-ci il təvəllüdlü Toğrul Abbasov və özü xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalo


Müəllif: