16 Dekabr 2015 12:35
412

Bakının Səbail rayonunda mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi rayonun G.Əliyev küçəsində yerləşən mağazada baş verib.

Bakı şəhər sakini Bahar Mirzəyevaya məxsus mağazadan sərinləşdirici içkilər və tütün məmulatları oğurlanıb. Bahar Mirzəyeva mağazadan oğurluq edilməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Mənsur Musayev tutulub.

Hacı Zeynalov


Müəllif: