Bakının Binəqədi rayonunda mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, dekabrın 12-də Bakı şəhər sakini Fidan Dostuzadəyə məxsus mağazadan 700 manat və tütün məmulatı oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Qabil Sadıqov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Loğman Gülərova məxsus aptekdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Hacı Zeynalov