Ötən gecə paytaxtın Suraxanı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Yeni Günəşli qəsəbəsinin V massivində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Niva" markalı avtomobil yolu keçmək istəyən ata ilə oğlunu vurub. Zərbənin təsirindən azyaşlı hərəkətdə olan avtobusa dəyib. Qəza nəticəsində hər iki piyada İbrahim Xəlilov və azyaşlı oğlu hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Niva"nın yüksək sürətlə hərəkət etməsi və yolun qaranlıq olması səbəb olub.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Yoxlama zamanı "Niva"nın sürücüsünün sərxoş olması məlum olub. O, polis tərəfindən saxlanılıb.
Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb.
APA