18 Dekabr 2015 11:41
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vitaliy Sarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vitaliy Salayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, bu il martın 19-da saat 00.30 radələrində Sumqayıtda ağır yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb. Şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi “QAZ-3110” və Bakı şəhər sakini Vitali Sarayevin idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınlar toqquşub.

Nəticədə M.Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb. Onun özü və V.Sarayev isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər