30 Dekabr 2015 14:31
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 29 yaşlı Vasif Novruzov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, o, döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Yaralı dərhal əməliyyat olunub və sonrakı müalicə üçün palataya yerləşdirilib. Zərərçəkmişin atası Fəzamil Novruzov ilkin olaraq həkimlərə oğlunun bıçaqlandığını inkar etməyə çalışıb. Sonradan isə Vasif Novruzovun naməlum şəxs tərəfindən bıçaqlandığı məlum olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər