Daxili İşlər Nazirliyi Salyan şəhərində baş verən dəhşətli yanğınıla bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 30-da saat 14 radələrində Salyan şəhəri H.Z.Tağıyev küçəsində qeydə alınıb.
Rəsul Nəcəfova məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra R.Nəcəfovun anası, ruhi xəstə Şəfiqə Məmməd qızının yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov