Bakının Binəqədi rayonunda bir nəfər spirtli içkidən zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, fevralın 1-də Binəqədi rayonunun M.Cəlal küçəsindən 50-55 yaşlı kişi sərxoş vəziyyətdə xəstəxanaya gətirilib.
Həmin şəxsə tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, fevralın 2-də saat 03 radələrində orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov