Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xətai prospektində qeydə alınıb.
Bakı şəhər sakini Hüseyn Novruzov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Qadının üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün kimliyini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov