11 Fevral 2016 01:32
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Qovlar kəndi ərazisində qeydə alınıb.

Dönük Qırıqlı kənd sakini, 1987-ci il təvəllüdlü Şahmar Məmmədhəsənov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dirəyə çırpılıb.

Qəza zamanı sürücü Ş. Məmmədhəsənov xəsarət alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: