12 Fevral 2016 11:53
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtobus sürücüsünü qətlə yetirməkdə təqsirli bilinən Bəhruz Babaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin oktyabr ayında Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus şəhərin 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəyib. Səmid Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhruz Babaverdiyev tutulub.

Bəhruz Babaverdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Bəhruz Babaverdiyevin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxış fevralın 18-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər