Sumqayıt şəhərində saxta pul yayan şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3620 manatlıq saxta əskinas götürülüb.
Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə “HP” markalı printer aşkar edilib.
Hacı Zeynalov