Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Şahlar Qəzənfərlidən 5,90 qram, Yeni Suraxanı qəsəbəsində yerləşən bərbərxanasından isə 460 qram qurudulmuş marixuana aşkarlanıb.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Müvəkkil Əhmədovdan 1,48 qram, özünə məxsus “Naz Lifan 320” markalı avtomobilinin yük yerindən isə 168 qramdan artıq qurudulmuş marixuana götürülüb.
Hacı Zeynalov