Bakının Xətai rayonunda 31 yaşlı qadın küçədə döyülüb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun X.Məmmədov küçəsi, 34 ünvanının qarşısında baş verib.
Həmin ünvanda 1985-ci il təvəllüdlü Asudə Əzizi naməlum şəxslər tərəfindən döyülüb. Hadisə zamanı xəsarət alan qadın xəstəxanada tibbi yardım alıb. Hadisə xuliqanlıq zəminində baş verib.
Asudə Əzizə döyülməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə ərizə ilə müraciət edib. Asudə Əzizova tanımadığı şəxslər tərəfindən döyüldüyünü, onu döyən şəxsləri tanımadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov