Qəbələ rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Tola kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev kəndin meşə sahəsində özünü ağacdan asaraq ölüb. Elçin Abdullayevin hansı səbəbdən özünü asdığı hələki məlum deyil.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov