Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com Kəpəz TV-yə istinadən (Region) xəbər verir ki, Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında tibb müəssisəsinin cərrahiyyə şöbəsinə iki gənc gətirilib.
Həkimlərin müayinəsi zamanı üzərində bıçaq yarası olan şəxslərdən birinin dünyasını dəyişdiyi aşkarlanıb. Onun 25 yaşlı Tural Məmmədov olduğu müəyyən edilib. Digər şəxs isə əməliyyata götürülüb.
25 yaşlı Natiq Süleymanovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.