Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Tbilisi prospektində yerləşən körpünün üstündə qeydə alınıb.
1996-cı il təvəllüdlü Afiyə Sadıqova körpününü üstündən özünü atıb. Afiyə Sadıqova xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib və vəziyyətinin ağır olduğu bildirilir.
Afiyə Sadıqovanın iki uşaq anası olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Qeyd edək ki, son iki gün ərzində Bakı şəhərində 3, Sabirabad rayonunda isə 1 qadın özünü hündürlükdən ataraq intihar edib.
Hacı Zeynalov