14 Aprel 2016 14:56
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Nazim Ağabəyovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nazim Ağabəyov Meydan TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun üzərindən 6 qram narkotik vasitə-heroin aşkarlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər