Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti əməliyyat tədbirləri keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat rayonun Nardaran qəsəbəsində qeydə alınıb.
Nardaran qəsəbə sakini İmran İmamverdiyev evində avtomat silah saxlayıb. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının İmran İmamverdiyevlə apardıqları profilaktiki söhbətlər aparıb. Bundan sonra o, evində saxladığı “AKM” markalı silahı könüllü olaraq polisə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov