Gəncə şəhərində qətl hadisəsi törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Tural Kərimovu qətlə yetirib, Natiq Süleymanova bıçaqla xəsarət yetirmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Mehman Hacıyev tutulub, digər 1 nəfər isə müəyyən edilib.
Qeyd edək ki, aprelin 13-də Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına iki gənc gətirilib. Həkimlərin müayinəsi zamanı üzərində bıçaq yarası olan şəxslərdən birinin dünyasını dəyişdiyi aşkarlanıb. Onun 25 yaşlı Tural Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov