Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini İlqar Teymurov bıçaq xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib və həyatı üçün təhlükə yoxdur.
İlkin məlumata görə, İlqar Teymurov intihar etmək məqsədilə özünə xəsarət yetirib. Hazırda onun bu ifadəsinin doğru olub-olmaması araşdırılır.
Hacı Zeynalov