20 Aprel 2016 15:21
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Ceyhun Fərəcullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, transseksual olan Ceyhun Fərəcullayev kişi müştərisi ilə evə gəlib. Zərərçəkən onun qadın olmadığını evdə olan zaman bilib və ondan imtina edib.

Bundan sonra Ceyhun Fərəcullayev zərərçəkmişi bıçaqla təhdid edərək telefonunu, 500 manata yaxın pulunu alıb. Hadisədən sonra zərərçəkmiş polisə şikayət ərizəsi ilə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Fərəcullayev saxlanılıb.

Ceyhun Fərəzullayev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı elan edilib. Sonra çıxış edən prokuror Ceyhun Fərəcullayevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Ceyhun Fərəcullayev son sözə hazır olmadığından məhkəmə prosesi aprelin 29-da davam edəcək.

Hacı Zeynalov


Müəllif: