25 Aprel 2016 11:42
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanlı hadisə törətməkdə təqsirləndirilən Tural Adıgözəlzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsində Lənkəran rayon sakini Tural Adıgözəlzadə telefonda Biləcəri sakini Bəhruz Hacıyevlə arasında münaqişə düşüb. Münaqişə daha da gərginləşib.

Tural Adıgözəlzadə Lənkərandan Bakıya gəlib və Biləcəri Bəhruz Hacıyevlə görüşüb. O, Bəhruz Hacıyevi bıçaqlayıb. Hadisədən sonra o yenidən Lənkərana qayıdıb. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Adıgözəlzadə saxlanılıb.

Hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hokum ilə Tural Adıgözəlzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər