Bakının Yasamal rayonu ərazisində yaşayış evinə basqın olub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Amil Musayevin mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs onu və bacısı Raisanı bıçaqla hədələyib.
Naməlum şəxs evdən 560 manat pul və 3 ədəd mobil telefon aparıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verilib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub.
Hacı Zeynalov