28 Aprel 2016 13:51
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 7 ildir axtarışda olan qadın həbs edilib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Sahibə Lətif qızı Namaz 2009-cu ildən İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olub.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan 1973-cü il təvəllüdlü Sahibə Namaz həbs edilərək istintaq orqanına təqdim edilib.

Sahibə Namaz Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışda olub. O, 2007-2008-ci ildə azərbaycanlı qadınları BƏƏ-nin Dubay şəhərinə apararaq orada cinsi istismara məruz qoyub. Onun Dubaya apardığı zərərçəkənlərin ifadəsi əsasında cinayət işi başlanıb.

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər