Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Elməddin Abışov mənzilində qısqanclıq zəminində həyat yoldaşı Elnarəyə bıçaqla xəsarət yetirib.
Elnarə aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb. Cinayəti törədən Elməddin Abışov könüllü şəkildə 1-ci polis bölməsinə gələrək təslim olub.
Məlumata görə, Elməddin Elnarənin başqa bir kişi ilə münasibət saxlamasından şübhələnib. Bundan sonra Elnarəni izləməyə başlayan Elməddin şübhələrinin doğru olduğunu görüb.
Aprelin 27-də axşam evə gələn Elməddin həyat yoldaşı ilə mübahisə edib. Qısqanclıq zəminində yaranan mübahisə zamanı qanlı cinayət hadisəsi baş verib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov