Bakının Səbail rayonunda əcnəbi vətəndaş dələduzluqla üzləşib.
Teleqraf.com xəbər verir ki, Rusiya vətəndaşı, 1967-ci il təvəllüdlü Əli İzzət oğlu Hüseynov dələduzluqla üzləşməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edib.
Əli Hüseynov bildirib ki, ötən ilin dekabr ayında Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlqar Eyvaz oğlu Eyvazovla tanış olub. Tanışlıq zamanı İlqar onun etibarından sui-istifadə edərək 6700 manatını alıb və qaytarmayıb.
Məlumata görə, İlqar Eyvazov Rusiyada bizneslə məşğul olan Əli Hüseynovu paytaxtda da biznes qurmağa inandırıb və buna görə də ondan pul istəyib. Əli Hüseynov ilkin olaraq ona 6700 manat verib. Amma sonradan İlqar Eyvazovu tapa bilməyib.
İlqarın telefon nömrələrinə də zəng çatmadığını görən Əli Hüseynov polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov