Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Naximov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 17 yaşlı İsmayıl Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Bıçaq xəsarəti alan İsmayıl hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisənin kimin tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.
Hacı Zeynalov