Bakının Yasamal rayonunda qətl törədilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1932-ci il təvəllüdlü Məhəmməd Səmədovun meyiti yaşadığı evdə aşkar olunub.
Meyitin tapılması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onun qətlə yetirilməsi məlum olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb.
Hacı Zeynalov