8 May 2016 23:31
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə ağır bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Gəncədə qadın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini 1993-cü il təvəllüdlü Samira Həsənova döş qəfəsinin çoxsaylı kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. S. Həsənova küçədə gedən zaman yıxılaraq xəsarət aldığını desə də, ona bıçaqla xəsarət yetirilməsi də ehtimal edilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər