Tərtər rayonunda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Tərtər rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulublar.
Dəstə üzvləri bu ilin martın 23-də Tərtər sakini Ramiz Məmmədova məxsus içərisində 74500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə alıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov