Bakının Xəzər rayonunda 15 yaşlı qız oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Mərdəkan qəsəbəsi sakini, 2001-ci il təvəllüdlü Səbinə Nəbiyeva qaçırılıb.
15 yaşlı qızın anası Vəfa Bənnayeva Xəzər rayon polis idarəsinin 1-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, qızını evlənmək məqsədilə Bəxtiyar adlı şəxs qaçırıb.
Vəfa Bənnayevanın sözlərinə görə, qızının qaçırılmasında Bəxtiyarın anası Güləndam da iştirak edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov