12 May 2016 15:56
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını bıçaqlamaqda təqsirli bilinən Rahil Səfərovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Teleqaf.com xəbər verir ki, ötən ilin dekabrın 13-də Xızı rayonunun Şuraabad kəndində əvvəllər məhkum olunmuş Rahil Səfərov öz həyat yoldaşı ilə mübahisə edib. Bu zaman əmisi oğlu və qaynı Vüsal Səfərova məsələyə qarışıb. Rahil Səfərov qaynına bıçaqla xəsarət yetirib.

Xızı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rahil Səfərov tutulub.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham edilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rahil Səfərovun ittiham olunduğu maddə dəyişdirilib. Ona istintaq tərəfindən verilmiş Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinə tövsif edilib. Rahil Səmədov 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər