23 May 2016 18:10
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə A.Neymətulla küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı evdə özünü ov tüfəngi ilə vurub. Söhbət Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Söhbət Hacıyevin külli miqdarda borca düşdüyü bildirilir. İlkin ehtimala görə, Söhbət Hacıyev bu səbəbdən intihar edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər