27 May 2016 16:40
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sevda Rəfiyeva dələduzluqla üzləşməsi ilə bağlı Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edib.

Sevda Rəfiyeva bildirib ki, 13 may 2015-ci ilı tarixdə 1984-cü il təvəllüdlü Səlim Aslanov onu aldadaraq 180 min manatını alıb. Sevda Rəfiyeva qeyd edib ki, Səlim Aslanov ticarətlə məşğul olmaq adı ilə onu aldadıb və pulunu ələ keçirib.

Sonradan Səlim Aslanov mobil telefonunu söndürərək, qadının zənglərinə cavab verməkdən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər