Daxili İşlər Nazirliyi ATV-nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə iyunun 4-də saat 19 radələrində qeydə alınıb.
ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.
Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar.
Toplanmış material rayon prokurorluğuna göndərilib.
Hacı Zeynalov