Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gülüstan küçəsində qeydə alınıb.
1965-ci il təvəllüdlü İlahə Məmmədova yaşadığı evin həyətində özünü ağacdan asaraq ölüb. İlahə Məmmədovanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov