19 İyul 2016 17:35

Avqustun 4-də Həştərxan şəhərində dahi fars şairi və alimi Ömər Xəyyamın heykəlinin açılışı olacaq. 4 metr hündürlüyündə olan bürünc abidənin düzəldilməsini İranın Gilan vilayətinin Sənaye, Ticarət, Mədən və Kənd Təsərrüfatı Palatası maliyyələşdirib.

TASS informasiya agentliyi xəbər verir ki, Həştərxanın Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyindən verilən məlumata görə, buna qədər Ömər Xəyyamın Tehran, Düşənbə, Buxarest və Aşqabadda abidələri qoyulub. Rusiyada birinci olacaq bu abidə iki ölkə arasında ticarət-iqtisadi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Həştərxanın əvəzolunmaz rolunun tanınması simvolu olacaq.

1,5 ton ağırlığında olan heykəl Yekaterinburq şəhərində düzəldilib və Həştərxan Dövlət Universitetinin qarşısındakı tələbə parkında yerləşdirilib. Heykəlin müəllifi Çelyabinsk şəhərindən olan heykəltəraş Sergey Vorobyovdur. Heykəldə Ömər Xəyyam ayaq üstə əlində qələm və kitabla təsvir olunub.


Müəllif:
Загрузка...