16 İyul 2014 15:31

Moskva metrosunda baş vermiş qəzaya görə şübhəli bilinən iki nəfər saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxslər “Moskva metropoliteni” yol xidmətinin əməkdaşları Valeri Başkatov və onun köməkçisi Yuri Qordovdur.

İlkin ehtimala görə, həmin şəxslər 2014-cü ilin mayında “Park Pobedı” – “Slavyanski bulvar” stansiyaları arasında qatarları istiqamətləndirən mexanizmin qurulması ilə bağlı aparılan işlər zamanı, onların nəzarətinə verilən işdə səhlənkarlığa yol veriblər.

Artıq saxlanılan şəxslərdən ifadə alınıb.

Qısa müddətdə onlara qarşı ittihamlar irəli sürüləcək.

Rusiya İstintaq Komitəsi iş icraçıları ilə yanaşı, rəhbər şəxsləri də məsuliyyətə cəlb etməyi planlaşdırır.

Ülviyyə


Müəllif: