21 Oktyabr 2017 10:58
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Teleqraf.com-un məlumataına görə, seçki məntəqələri səhərdən etibarən səsvermə üçün açıq elan olunub.

Ölkə vətəndaşları 64 şəhər və rayona mer, həmçinin baş yerli qanunverici orqana (sakrebulo) 64 deputat seçəcəklər. Bu prosesi təmin etmək üçün bütün ölkə miqyasında 3,3 mindən çox seçki məntəqəsi qurulub.

Seçkidə iştirak etmək 22 siyasi partiya, 5 seçki bloku və bir təşəbbüs qrupu qeydiyyatdan keçib. 64 yerli idarəetmə orqanına seçiləcək deputatların sayı 2 min nəfərdən çox olacaq.

Səsəvermə hüququ olan vətəndaşların sayı 3,4 milyon nəfərdir. Seçicilərə səsvermə məntəqəsində 3 bülleten təqim olunacaq. Biri mer seçkisi, ikincisi sakrebuloya partiya siyahısı və birmandatlı seçki dairəsi üzrə namizədin seçilməsi, üçüncüsü hər bir rayon və şəhər üzrə yerli idarəetmə orqanına deputat seçkisi ilə bağlı olacaq. Bülletenlərin böyük əksəriyyəti gürcü dilində olacaq, ancaq Azərbaycan və erməni dillərində də bülletenlər çap olunub.

Tiflis meri uğrunda 13 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə, əsas mübarizə sağ təmayüllü partiyaların namizədi, keçmiş futbolçu və eks-energetika naziri Kaxa Kaladze, eks-prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının namizədi, “Rustavi-2” telekompaniyasının aparıcısı Zaal Udumaşvili və müstəqil namizəd, keçmiş qalmaqallı jurnalist Aleko Yelisaşvili arasında gedəcək.

Seçkinin nəticələri bu gecə açıqlanacaq.


Müəllif: Səxavət