24 Oktyabr 2017 11:05
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.


Müəllif: Teleqraf.com