18 Sentyabr 2017 08:05
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brabus tüninq-atelyesi kabriolet Mercedes-AMG S65-in təkmilləşdirilmiş versiyasını təqdim edib. İstehsalçının dünyada ən sürətli dördyerli avtomobil adlandırdığı yeniliyin təqdimatı sentyabrın ortalarında Frankfurt avtosalonunda keçiriləcək.

Teleqraf.com "avto.az"a istinadən bildirir ki, Brabus Rocket 900 Cabrio təkmilləşdirilmiş V12 mühərriki ilə təchiz edilib ki, onun iş həcmi 6,0-dan 6,3 litrə qədər artırılıb. Bundan əlavə, mühəndislər silindrlərin diametrini artırıb, yeni buraxılış kollektorları, o cümlədən böyük ölçülü turbo kompressorlar quraşdırıblar.

Bundan əlavə, yenidən proqramlaşdırılmış elektron idarəetmə blokundan və mühərrik üçün təkmilləşdirilmiş soyuducu sistemdən istifadə edilib. Mühərrik təkmilləşdirilmiş 7-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Nəticədə aqreqatın gücü 630 a.g. və 1000 Nm fırlanma anından 900 a.g. və 1200 Nm-dək çoxalıb. Bunun üçün elektron məhdudiyyət qoyulub. Kabriolet yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənir (standart avtomobildən 0,2 saniyə daha tez). Maksimal sürət isə 350 km/saatdır. Bununla belə, avtomobilin spidometri 400 km/saatla işarələnib.


Müəllif: Teleqraf.com