15 İyun 2016 16:35
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 9-11-də Polşanın Lublin şəhərində dünyanın ən böyük turistik, ekoloji və incəsənət filmlərinin festivalı olan XI Beynəlxalq FilmAT festivalı keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, FilmAT festivalı ənənəvi olaraq beynəlxalq konfransla müşayiət olunurdu. Yeddi ölkənin 11 nümayəndəsinin iştirak etdiyi konfransda turistik və ekoloji filmlərə həsr olunmuş mövzularla yanaşı, digər sahələrin təbliğatına aid mövzular da müzakirə olunub. Festival və konfransda Polşa, Avstriya, İspaniya, Portuqaliya, Türkiyə, Danimarka, Çexiya, Slovakiya nümayəndələri ilə yanaşı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Fuad Axundov, Bakı Media Mərkəzinin nümayəndəsi Rüfət Kərimzadə və səfirliyin nümayəndələri iştirak ediblər.

Dünya və Avropa ölkələrinin incəsənət xadimlərini, film yaradıcılarını, alimlərini və müxtəlif təşkilatlarının nümayəndələrinin qatıldığı konfrans və festival təcrübə mübadiləsi üçün çox önəmli bir platformaya çevrilib.

Tədbir çərçivəsində, həmçinin XI Beynəlxalq Film Festivalının təşkilatçılarının təşəbbüsü və səfirliyin dəstəyi ilə “Polşalı memarlar Bakıda” adlı sərgi də təşkil olunub. Sərgi iyunun sonuna qədər Lublin Mədəniyyət Mərkəzində davam edəcək.

Daha sonra FilmAT təntənəli qala-tədbiri keçirilib və XI Beynəlxalq Film Festivalının qaliblərinə mükafatlar təqdim edilib. Belə ki, Polşa dəyərlərinin dünyada təbliğinə veridyi töhfəyə və “Polşalı memarlar Bakıda” adlı uğurlu təqdimatına görə Fuad Axundov “Turist 2016”, mədəni turizm kateqoriyasında ən yaxşı təbliğedici film kimi Bakı Media Mərkəzinin təqdim etdiyi “Azərbaycan ruhunu hiss et” filmi mükafat və diploma, maarifləndirici filmlər kateqoriyasında isə Yaddaş Kinostudiyasının hazırladığı “Azərbaycan mətbəxi: Ağız dadı” filmi xüsusi mükafata layiq görülüb.//Azərtac


Müəllif:

Oxşar xəbərlər