Dünyaca məşhur ifaçı Maykl Ceksonun həyatının son dövrlərini əhatə edən serial çəkiləcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 7 il əvvəl dünyasını dəyişən Maykl Ceksonun həyatını prodüsser J.J. Abrams ekranlışdıracaq. Serialdan öncə Travis Smileyin müəllifi olduğu “Maykl Ceksonun qələbə və faciəsi” adlı kitabı nəşr ediləcək.
Kitabın müəlliflik hüquqlarını 2015-ildə “Varner Bros” şirkəti satın alıb. Serial çəkilişlərinin nə zaman çəkiləcəyi isə açıqlanmayıb.
Rəqsanə