5 Avqust 2016 18:17
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Opera və Balet Teatrının kollektivi Almaniyada keçirilən Qut-İmmlinq Opera sənəti festivalında çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, avqustun 9-na kimi davam edəcək festivala Azərbaycan musiqiçiləri 60 nəfərlik heyətlə qatılıblar.

Kollektiv festivalın əsas tədbiri olan Qrand final konsertində Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazinin musiqilərini, eləcə də Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən ən oynaq və uğurlu musiqi parçalarını səsləndirəcək.

Hazırda yaradıcı heyət Almaniyada məşqlərini davam etdirir. Məşq prosesindən fotoları teleaparıcı Hacı Nuran rəsmi instaqram hesabında paylaşıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər